16:22 - 7.10.2024
7 oktyabr, Fineko/abc.az. Elektrikli “Porsche Taycan Turbo GT” 100 km/saat sürəti iki saniyədən az vaxtda yığaraq markanın ən dinamik avtomobili olub.
ABC.AZ xəbər verir ki, sınaqları “Car and Driver” təşkil edib.
Yarışlar iki istiqamətdə baş tutub: bunlardan birində avtomobil 100 km/saat sürətini 1 898 saniyəyə, digərində isə 1 910 saniyəyə yığa bilib.
Bundan əvvəl “918 Spyder” “Porsche”nin ən dinamik modeli hesab olunurdu. 2014-cü ildə o testlərdə 100 km/saat sürətini 2,1 saniyəyə çatdırmışdı.
Xatırladaq ki, “Porsche Taycan Turbo GT” 2024-cü ilin martında təqdim edilib və 760 kVt (1 033 at gücü) güc aqreqatı ilə brendin ən güclü avtomobili olub.
1 Noyabr 2024
1 Noyabr 2024
1 Noyabr 2024
1 Noyabr 2024