16:39 - 7.10.2024
7 oktyabr, Fineko/abc.az. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında təməli qoyulan 3 yeni müəssisə tərəfindən ümumilikdə 60 milyon manatdan çox investisiyanın yatırılması, ilkin mərhələdə 950-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
ABC.AZ xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, 2025-ci ildə fəaliyyətə başlaması planlaşdırılan müəssisələr tərəfindən Sənaye Parkının ərazisində tamet daşlarının, dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalı, həmçinin mebel klasterinin yaradılması layihələri həyata keçiriləcək.
Müəssisələrdə istehsal ediləcək məhsullar ilk növbədə daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək, növbəti mərhələdə isə xarici bazarda satılması planlaşdırılır.
Qeyd edək ki, hazırda Sənaye Parkının 13 rezidenti və 1 qeyri-rezidenti var.
1 Noyabr 2024
1 Noyabr 2024
1 Noyabr 2024
1 Noyabr 2024