Afrikanın ən böyük iqtisadiyyatları - SİYAHI

11:24 - 8.10.2024


8 oktyabr, Fineko/abc.az. Afrikanın ən böyük iqtisadiyyatları dərc edilib.

ABC.AZ xəbər verir ki, sözügedən məsələ ilə bağlı “World of Statistics” araşdırma aparıb.

Nəticədə Afrikanın ən böyük iqtisadiyyatının Cənubi Afrika Respublikası olduğu ortaya çıxıb.

Belə ki, CAR-ın iqtisadiyyatın həcmi 373,3 milyard dollardır.

Afrikanın ən böyük iqtisadiyyatlarını sizə təqdim edirik:

1. CAR: 373,3 milyard dollar

2. Misir: 347,5 milyard dollar

3. Əlcəzair: 266,7 milyard dollar

4. Nigeriya: 252,7 milyard dollar

5. Efiopiya: 205,1 milyard dollar

6. Mərakeş: 152,3 milyard dollar

7. Keniya: 104,0 milyard dollar

8. Anqola: 92,1 milyard dollar

9. Fil Dişi Sahili: 86,9 milyard dollar

10. Tanzaniya: 79,6 milyard dollar