16:46 - 8.10.2024
8 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin əməliyyatlarının dövriyyəsi 279,3 milyon manat təşkil edib.
ABC.AZ Bakı Fond Birjasına istinadən xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 182 milyon manat və ya 39,5% azdır.
Bu dövrdə investisiya şirkətinin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 178,5 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 22,5 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 4,4 milyon manat, səhm əməliyyatları üzrə dövriyyə 3,5 min manat, repo əməliyyatları üzrə dövriyyə 73,9 milyon manat təşkil edib..
Əməliyyat sayı isə 83 olub.
Əvvəlki illə müqayisədə ARMB qiymətli kağızları üzrə dövriyyə 77,5 milyon manat (30,5%), dövlət istiqrazları üzrə dövriyyəsi 129,8 milyon manat (6,8 dəfə), korporativ istiqrazlar üzrə dövriyyə 22,2 milyon manat (6 dəfə) , səhm əməliyyatları üzrə dövriyyə 6,1 manat (2,7 dəfə) azalıb, repo əməliyyatları üzrə dövriyyə 47,4 milyon manat və ya 2,8 dəfə artıb.
Əməliyyat sayında isə 81 ədəd və ya 2 dəfə azalma qeydə alınıb.
8 Noyabr 2024
7 Noyabr 2024
7 Noyabr 2024