16:55 - 8.10.2024
8 oktyabr, Fineko/abc.az. Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Əli Rəşad oğluna məxsus “Beer Loft” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları normativ hüquqi aktların tələblərinin pozulduğunu müəyyən edib.
ABC.AZ xəbər verir ki, iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan və idxal sağlamlıq aktı olmayan 8 ədəd 0.5 litrlik, 6 ədəd 0.7 litrlik, 4 ədəd 1 litrlik “Nemiroff” əmtəə nişanlı delikat araq, 1 ədəd 1 litrlik “Nemiroff” əmtəə nişanlı original araq, 4 ədəd 1 litrlik, 4 ədəd 0.7 litrlik, 7 ədəd 0.5 litrlik “Zerno” əmtəə nişanlı araq, 11 ədəd 0.7 litrlik, 5 ədəd 0.5 litrlik “Verba” əmtəə nişanlı araq, 4 ədəd 0.5 litrlik “Finlandiya” əmtəə nişanlı araq, 1 ədəd 0.5 litrlik “President” əmtəə nişanlı araq məhsulunun satışının həyata keçirildiyi müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Normativ hüquqi aktların tələblərinə uyğun olmayan saxta spirtli içki məhsullarının satışının qarşısı alınıb və dövriyyədən çıxarılaraq məhv edilib.
5 Noyabr 2024
5 Noyabr 2024
5 Noyabr 2024
5 Noyabr 2024
4 Noyabr 2024
4 Noyabr 2024
4 Noyabr 2024