AccessBank-dan yüksək gəlirli 12%-lik əmanət fürsəti!

17:43 - 8.10.2024


Sizin yerli Avropa bankınız  - AccessBank, müştəri məmnuniyyəti səviyyəsinin daim yüksək səviyyədə saxlanılması və sərfəli maliyyə xidmətləri  təqdim etmək məqsədi ilə yerli valyutada müddətli əmanətlər üzrə faiz dərəcələrini 12%-dək yüksəltdi.  

Yeni faiz dərəcələri Accessbank müştərilərinə öz yığımlarından daha çox gəlir əldə etməyə və maliyyə sabitliyini gücləndirməyə imkan verəcək.

Beləliklə, 6-24 ay müddətinə yerli valyutalı əmanətlər üzrə illik faiz dərəcəsi 12%-dək, xarici valyuta üzrə əmanətlər üzrə isə 4,5%-dək təşkil edir. Faiz dərəcəsi əmanətin müddətindən asılı olaraq dəyişir. Üstəlik, 18 və daha yuxarı aydan depozitlərə görə vergi də tətbiq edilmir.

AccessBank-da depozit yerləşdirməyin üstünlükləri:

  • Tamamilə beynəlxalq səhmdarlara malik bankın müştərisi olursunuz.
  • Sərfəli depozit faizi əldə edirsiniz.
  • Banka yerləşdirilən depozitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur.

Müddətli əmanət haqqında ətraflı məlumat: https://bit.ly/3xSA8zS

Siz də pulunuzu AccessBank-a yatırın, gəlirinizi daha da artırın!

 

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.