12:23 - 9.10.2024
9 oktyabr, Fineko/abc.az. Latviya hökuməti müdafiə xərclərini qarşılamaq üçün növbəti üç il ərzində maliyyə təşkilatlarının mənfəətinə əlavə verginin tətbiqini dəstəkləyib.
ABC.AZ xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Qeyd edilib ki, bu qanun milli təhlükəsizlik sahəsində dövlətin maliyyə ehtiyaclarını ödəmək üçün əlavə resurslar tapmağa kömək edəcək.
Sözügedən məsələ ilə bağlı açıqlama verən Latviyanın maliyyə naziri Arvils Aşeradens deyib ki, bankların xalis faiz gəlirlərinə təsir edəcək yeni tədbirin 2025-ci ildə büdcəyə əlavə olaraq 93 milyon avro, növbəti iki ildə isə hər il 85 milyon avro cəlb edəcəyi gözlənilir.
"Eyni zamanda, kreditləşmənin həcmini artıran qurumlar vergi dərəcəsini aşağı sala biləcəklər" - deyə nazir qeyd edib.
Xatırladaq ki, Latviyanın müdafiə naziri Andris Spruds iyunda ölkənin 2024-cü ildə müdafiə xərclərini ÜDM-in 3 %-nə qədər artıracağını bildirmişdi.
13 Dekabr 2024
13 Dekabr 2024
13 Dekabr 2024
13 Dekabr 2024
13 Dekabr 2024
13 Dekabr 2024
13 Dekabr 2024
11 Dekabr 2024
11 Dekabr 2024
12 Dekabr 2024