330x110
 

Şamaxıda qanvermə aksiyası keçirilib/Foto

27.08.2018,13:47


27 avqust, Fineko/abc.az. Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya institutu rayon mərkəzi xəstəxanalarında talassemiyalı və hemofiliyalı xəstələri qan və onun komponentləri ilə təmin etmək məqsədi ilə ölkə ərazisində qanvermə aksiyaları həyata keçirir.

Şamaxıda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri üçün könüllü qanvermə aksiyası təşkil edilib.

Qanvermə aksiyasında iştirak edənlər müayinədən keçirilib, qan analizləri götürülərək laborator müayinəyə göndərilib.

Ümumilikdə aksiyada 84 donor iştirak edib.

Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan və onun komponentləri ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.