Avropada elektromobil istifadəsinin ən ucuz olduğu ölkələr - SİYAHI

17:10 - 9.10.2024


9 oktyabr, Fineko/abc.az. Avropada elektromobil istifadəsinin ən ucuz olduğu ölkələrin reytinqi hazırlanıb.

ABC.AZ xəbər verir ki, sözügedən reytinqdə ilk yerdə İslandiyadır.

Belə ki, İslandiyada elektromobillərin hər 100 kilometr məsafə üçün işlətdiyi enerjinin dəyəri 2,9 avrodur.

Avropada elektromobil sürməyin daha sərfəli olduğu ölkələri sizə təqdim edirik:

İslandiya: 2,9 avro / 100 km

Portuqaliya: 3.2 avro / 100 km

Finlandiya: 4.6 avro / 100 km

Çexiya: 5.5 avro / 100 km

Macarıstan: 5.8 avro / 100 km

Slovakiya: 6.4 avro / 100 km

Polşa: 6.7 avro / 100 km

İspaniya: 7.1 avro / 100 km

İrlandiya: 7.2 avro / 100 km

Fransa: 7.3 avro / 100 km