330x110
 

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

27.08.2018,14:15


27 avqust, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 160, Kiçik Qafqazın çaylarında 100-120, Lənkəran-Astara çaylarında 50-140, Naxçıvan MR çaylarında isə 5  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Avqustun 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 13 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 94 m3/s olmaqla ongünlük normanın 77 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 79 m3/s olmaqla ongünlük normanın 65 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 95 m3/s olmaqla, ongünlük normanın 138 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 10,5 m3/s təşkil edərək ongünlük normanın 15 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Avqustun 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Bankədə 5, Surrada 11, Araz çayının Novruzlu məntəqəsində 12 sm artım qeydə alınıb, lakin Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 332 sm (2017-ci il avqustun 27-də 351 sm), Şirvanda 195 sm (2017-ci il avqustun 27-də 211 sm), Salyanda 121 sm (2017-ci il avqustun 27-də 146 sm), Bankədə 181 sm (2017-ci il avqustun 27-də 183 sm), Araz çayının Novruzlu məntəqəsində isə 55 sm (2017-ci il avqustun 27-də 55 sm) təşkil edir.