09:40 - 10.10.2024
10 oktyabr, Fineko/abc.az. Etalon markaların qiymətləri ötən gün azaldıqdan sonra cümə axşamı hərracda yüksəlir.
Brent markalı neftin dekabr ayı üçün fyuçersi ICE Futures birjasında saat 09:36-da $0,59 (0,77%) artaraq bir barelə $77,17-a yüksəlib. 9 oktyabr ticarətinin nəticələrinə görə, Brent neftinin dekabr fyuçersləri $0,60 (0,78%) - bir barelə $76,58-a qədər ucuzlaşıb.
Saat 09:36-da NYMEX əmtəə birjasının ticarətində WTI neftinin noyabr fyuçersi $0,60 (0,82%) artaraq bir barel üçün $73,84-a yüksəlib. 9 oktyabr ticarətinin nəticələrinə görə, WTI neftinin noyabr fyuçersləri $0,33 (0,45%) ucuzlaşaraq bir barel üçün $73,24-a düşüb.
1 Noyabr 2024
1 Noyabr 2024
31 Oktyabr 2024
1 Noyabr 2024
1 Noyabr 2024