330x110
 

Avqustun 28-də gözlənilən hava haqqında məlumat

27.08.2018,14:35


27 avqust, Fineko/abc.az. Sabah, avqustun 28-də  Bakıda və Abşeronda hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək.

Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33,  Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70%, gündüz 40-50% təşkil edəcək.

Avqustun 28-də Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi əsəcək.

Azərbaycanın rayonlarında  avqustun 28-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz  31-36,  dağlarda gecə 11-16, gündüz  20-25 dərəcə isti təşkil edəcək.