İran üzərində toz fırtınasının Azərbaycana təsiri gözlənilmir

15:00 - 27.08.2018


27 avqust, Fineko/abc.az. İranın cənub-şərq əyalətini əhatə edən  toz fırtınasının Azərbaycana təsiri gözlənilmir.

Peyk məlumatların və sinoptik xəritələrin təhlilinə görə hazırda ölkə ərazisi üzərində  troposferin aşağı və orta təbəqələrində hava kütlələrinin qərb və şimal-qərb axınları bərqarar olunmuşdur. Belə sinoptik şəraitin yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır. Buna görə də  toz fırtınasının ölkəmizə təsir etməyəcək.

Qeyd etməliyik ki, adətən toz fırtınalarının davamiyyəti  4 gündən artıq olmur və İranın cənubunda onların təkrarlanması əsasən sentyabrdan aprelə qədər müşahidə olunur.

Toz fırtınasının baş verməsi üçün ən əlverişli ərazi Fars körfəzi ilə bitişik düzən ərazilərdir. Buna termobarik şərait, güclü külək və torpağın vəziyyəti təsir edir.

Bütün xəbərlər