Valyuta hərracında bankların tələbi 8,3% artıb

12:44 - 10.10.2024


10 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

ABC.AZ AMB-yə istinadən xəbər verir ki, oktyabrın 10-da keçirilən valyuta hərracında bankların tələbi 79,7 milyon dollar təşkil edib və tam təmin edilib.

AMB-nin məlumatına görə, bu, ötən hərracdan 6,1 milyon dollar (8,3%) çoxdur. Oktyabrın 8-də keçirilən valyuta hərracında AMB banklara 73,6 milyon dollar satıb.

Valyuta hərracının yekunları üzrə orta çəkili məzənnə 1,7000 AZN/USD təşkil edib.