Azərbaycanda şirin su ehtiyatları artırılır - 4 yeni su anbarı yaradılacaq

10:45 - 11.10.2024


11 oktyabr, Fineko/abc.az. Azərbaycanda 2027-ci ilin sonunadək şirin su ehtiyatlarının artırılması məqsədilə dörd yeni su anbarı yaradılacaq, su təchizatı infrastrukturunun genişləndirilməsi nəticəsində içməli su təminatı 85 %-ə çatdırılacaq.

ABC.AZ xəbər verir ki, bu barədə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da qeyd edilib.

2024−2027-ci illərdə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiyanın”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən, suvarma suyu təminatı isə 90 %-ə çatdırılacaq, alternativ su mənbələrindən istifadə təşviq ediləcək, sayğaclaşma səviyyəsinin 100 %-ə çatdırılmasına, içməli su təchizatı üzrə itkilərin 33 %-ə və suvarma suyu təchizatı sahəsində itkilərin isə 42 %-ə qədər azaldılmasına nail olunacaq. Bildirilir ki, suların dövlət uçotu sistemi təkmilləşdiriləcək və qanunsuz müdaxilələrin qarşısının alınması nəzərdə tutulur. Müasir suvarma üsullarının tətbiqi genişləndirilərək 2027-ci ildə ölkə üzrə 10 %-ə çatdırılacaq.