12:00 - 11.10.2024
11 oktyabr, Fineko/abc.az. Hindistan 2024-cü ilin yanvar-iyul aylarında 144,5 min ton çay ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 24% çoxdur.
ABC.AZ xəbər verir ki, bu barədə Hindistan hökumətinin Tea board of India agentliyinin hesabatında deyilir.
Tea board məlumatına görə, Hindistan bu ilin yanvar-iyul ayları arasında xaricə 144,5 min ton çay ixrac edib. 2023-cü ilin eyni dövründə ixrac təxminən 117 min ton idi.
Verilən məlumata görə, çay ixracatında nəzərəçarpacaq dərəcədə artım bu məhsulun qiymətinin düşməsi ilə əlaqələndirilə bilər. Bu il bu göstəricinin ortalaması kq başına təxminən 256 rupidir. keçən il ixrac artımı kq üçün təxminən 265 rupi olmuşdu.
Qiymət düşməsinə baxmayaraq, Hindistanın dünya bazarında çay satışına görə əldə etdiyi gəlir nəzərəçarpacaq dərəcədə böyük olub – təxminən 37 milyard rupi (440 milyon dollar) təşkil edib. Keçən il bu dəyər təxminən 31 milyard rupi (368 milyon dollar) idi.
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024