Azərbaycanda elektron su atlası yaradılacaq

14:32 - 11.10.2024


11 oktyabr, Fineko/abc.az. Azərbaycanda 2025-2027-ci illərdə coğrafi informasiya sistemləri (CİS) əsasında elektron su atlasının yaradılması planlaşdırılır.

ABC.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da qeyd edilib.

Strategiyada bildirilib ki, ilkin nəticələr CİS modelinin qurulması, mövcud xəritələrin elektronlaşdırılması və veb-xəritələşdirmədən, aralıq nəticələr su və su təsərrüfatı obyektləri, o cümlədən infrastrukturları barədə məlumatların CİS-ə inteqrasiyasından və yekun nəticələr geniş məlumat əsaslı interfeysin işlənilməsi və elektron su atlasının yaradılmasından ibarət olacaq.