14:59 - 11.10.2024
11 oktyabr, Fineko/abc.az. “Unibank KB” ASC-nin xalis mənfəəti 2024-cü ilin ilk üç rübündə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4.28 mln. manat və ya 20% azalıb.
ABC.AZ xəbər verir ki, xalis mənfəətin düşməsinə səbəb onun mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlarının artması və mənfəət vergisi xərcləridir.
Bank ilk üç rübdə 17.63 mln. manat xalis mənfəət əldə etmişdi.
Keçən ilin eyni dövründə isə 21.91 mln. manat xalis mənfəət əldə etmişdi. 1 oktyabr 2024-cü il tarixinə kommersiya bankının kapital balansında 10.72 mln. manat yığılmış mənfəət olub.
Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar üçün keçən il 27.18 mln. manat ayırdığı halda, cari ildə bu rəqəm 2.33 mln. manat artaraq 29.5 mln. manatı keçib. Bank ilk üç kvartalda 2.8 mln. manat mənfəət vergisi xərci çəkib.
8 Noyabr 2024
7 Noyabr 2024