17:12 - 11.10.2024
10 oktyabr 2024-cü il tarixində Bakıda PASHA Holding-in təşkilatçılığı ilə “INMerge Innovation Summit”in açılış mərasimi baş tutub. İki gün davam edən sammit regionun innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorlar arasında əməkdaşlığı təşviq etmək, iştirakçılar arasında fikir və təcrübə mübadiləsi üçün platforma yaratmağı hədəfləyir.
Sammitdə yerli və beynəlxalq ekspertlərin iştirakı ilə “Fintech”, “Telekommunikasiya”, “E-ticarət”, “Süni intellekt”, “Marketinq” kimi önəmli və dünyanın diqqət mərkəzində olan mövzular müzakirə edilir.
Tədbirdə Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev, PAŞA Holding-in Baş İcraçı direktoru Cəlal Qasımov, Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov öz fikirlərini və təcrübələrini bölüşüblər.
PAŞA Holding-in Baş İcraçı direktoru Cəlal Qasımov çıxışında sammitin əhəmiyyətini yüksək dəyərləndirib: “Regionun əsas iqtisadi oyunçularından biri kimi biz cəmiyyətimizin inkişafını dəstəkləməkdə qərarlıyıq. İnnovasiya bizim üçün sadəcə bir anlayış yox, həm də tərəqqinin rəmzidir. Bu sammit vasitəsilə biz regionun innovasiya ekosisteminin inkişafına dəyərli töhfə veririk”.
Qeyd edək ki, tədbirin ilk günü qlobal və yerli spikerlərin çıxışları ilə yadda qalıb. O cümlədən “YouTube”un həmtəsisçisi Stiv Çen, “Harvard Business School”un professoru Linda Hill və digər nüfuzlu şəxslər sammit iştirakçıları qarşısında çıxış ediblər. Sammitin ikinci günündə isə “Starbucks”ın həmtəsisçisi Zev Siegl, “Amazon”un Baş texnologiya direktoru Verner Vogels və “Waze”in qurucusu Uri Levin kimi spikerlər çıxış edib.
Sammit çərçivəsində Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov da “Fintech” panelində çıxış edərək, ödəniş həlləri sahəsində təklif olunan yeniliklərdən və bu texnologiyaların müştərilərə təqdim etdiyi faydalardan bəhs edib. Fərid Hüseynovun çıxışında qeyd etdiyi məqmalar Kapital Bank-ın maliyyə texnologiyalarının inkişafına verdiyi töhfəni və bankın bu sahədəki liderliyini bir daha vurğulayır.
Bundan əlavə Kapital Bank-ın “INMerge” İnnovasiya Sammitində olan stendi qonaqların böyük marağına səbəb olub. Ziyarətçilər stenddə virtual reallıq (VR) texnologiyasını sınaqdan keçirib. Sadə tapşırıqları yerinə yetirən iştirakçılar “Umico Market” və “Dukan”dan hədiyyələr qazanıblar. Stend tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
8 Noyabr 2024
7 Noyabr 2024
7 Noyabr 2024
7 Noyabr 2024
7 Noyabr 2024