Ermənistanda buğda qıtlığı yaranıb

10:23 - 14.10.2024


14 oktyabr, Fineko/abc.az. Ermənistanda buğda qıtlığı problemi yaranıb.

ABC.AZ xəbər verir ki, ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan əhalini strateji məhsul qıtlığının qarşısını almaq üçün buğda əvəzinə düyüyə keçməyə çağırıb.

Qriqoryan öz təklifini əsaslandırıb ki, Ermənistan ərzaq təhlükəsizliyinin keyfiyyətini yaxşılaşdırmalı, "yeni reallığa" uyğunlaşmalı və yeganə strateji məhsuldan asılılığlı dayandırmalıdır.

"Buğda strateji mal ola bilər, ancaq hansısa anda düyüyə keçə bilər, strateji mal olaraq düyüyə sahib ola bilərik", - Qriqoryan deyib.