Azərbaycanın bankları 1,09 milyard manat məbləğində 23 mindən çox ipoteka krediti maliyyələşdirib

16:18 - 27.08.2018


27 avqust, Fineko/abc.az. Azərbaycanda ipoteka  və kredit zəmanət fondu xətti ilə ipoteka kreditlərinin verilməsi davam edir.

Fondun məlumatında deyildiyi kimi,  indiyə qədər Azərbaycan ipoteka və kredit zəmanət fondunun xətti ilə, 1 milyard 094 milyon 489,82 min manat məbləğində kreditlər verilib.

“Verilmiş kreditlər üzrə əməliyyatlar sayı 23 415 təşkil edib”, - məlumatda belə deyilir.