12:02 - 14.10.2024
14 oktyabr, Fineko/abc.az. Artıq dörd ildir ki, Portuqaliya sahillərində fəaliyyət göstərən dünyanın ilk yarı sualtı üzən dəniz külək stansiyası olan WindFloat Atlantic elektrik enerjisi istehsalı üzrə öz rekordlarını qırmağa davam edir
ABC.AZ xəbər verir ki, WindFloat Atlantic-in elektrik enerjisi istehsalı durmadan artır və 2022-ci ildə 78 gigavat-saat, 2023-ci ildə 80 gigavat-saata çatır. 2024-cü ilin iyul ayında ümumi yığılmış 320 gigavat-saat elektrik enerjisi istehsalı qeydə alınmışdı və Porto'nun şimalındakı Viana do Castelo'da hər il 25.000-dən çox ailə təsərrüfatının elektrik enerjisi ilə təmin edilməsinə imkan verdi.
Dəniz külək stansiyası Portuqaliya sahillərindən 20 km məsafədə yerləşir. Dəniz dibində zəncirlərlə sabitlənmiş üç sütunlu yarı sualtı üzən platformalarda quraşdırılmış üç 8,4 meqavat gücündə Vestas külək turbinindən ibarətdir. 20 kilometr uzunluğunda kabel onu sahil yarımstansiyası ilə birləşdirir.
8 Noyabr 2024
7 Noyabr 2024
7 Noyabr 2024
7 Noyabr 2024
7 Noyabr 2024
7 Noyabr 2024