Çin alimləri kvant kompüterindən istifadə edərək kriptoalqoritmləri sındırıblar

12:13 - 14.10.2024


14 oktyabr, Fineko/abc.az. Çinli alimlər kvant kompüterindən istifadə edərək geniş istifadə olunan şifrələmə alqoritminə "dünyanın ilk effektiv hücumunu" həyata keçiriblər.

ABC.AZ xəbər verir ki, bu barədə SCMP yazır.

Tədqiqatçılar iddia edirlər ki, irəliləyiş bankçılıq və ordu kimi ən vacib sektorlarda istifadə olunan parol qoruma mexanizmi üçün "real və əhəmiyyətli bir təhlükədir".

Şanxay Universitetindən Van Chao'nun rəhbərlik etdiyi bir qrup, Kanadanın D-Wave Systems şirkətinin kvant kompüterindən istifadə edib. Onun köməyi ilə Present, Gift-64 və Rectangle alqoritmlərini sındırmaq mümkün olub. Hərbi və maliyyə sahələrində, eləcə də kripto pul qabılarda tətbiq olunan inkişaf etmiş AES şifrələmə standartının əsasını təşkil edən SPN çərçivəsini təmsil edirlər.

Vanın məqaləsində kvant tavlama texnologiyasının qlobal miqyasda problemlərin həllini optimallaşdırmağa qadir olan süni intellekt alqoritminin analoqu kimi tətbiq edilməsindən bəhs olunur.