14:59 - 14.10.2024
14 oktyabr, Fineko/abc.az. "Rabitəbank" ASC 2024 cü ilin yanvar-sentyabr ayları üzrə maliyyə nəticələrini açıqlayıb.
ABC.AZ Bankın yaydığı press-relizə istiandla bildirilir ki, bank əsas göstəricilər üzrə artım dinamikasını qoruyub saxlayır. Belə ki, 2024-cü ilin 9 ayı ərzində "Rabitəbank" 19 milyon183 min manat xalis mənfəət əldə edib.
Cari ilin III rübündə Bankın aktivləri 12% artaraq 1 milyard 129 milyon manata çatıb.
Bankın kredit portfeli böyüyərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% artıb. Nəticədə ümumi kredit portfeli 813 milyon 875 min manata yüksəlib.
Kredit portfelinin əsas hissəsini biznes kreditləri təşkil edir. Belə ki, biznes kreditləri portfeli 13% artaraq 379 milyon 370 min manata, o cümlədən, istehlak kreditləri portfeli 17% artaraq 281 milyon 725 min manata, ipoteka kreditləri isə 22% artaraq 152 milyon 779 min manata çatıb.
Qeyd edilib ki, 2024-cü ilin 9 ayı ərzində "Rabitəbank"da cəmi əmanətlər 9% artaraq 689 milyon 731 min manat olub. Fiziki şəxslər üzrə əmanətlər isə 21% artaraq 458 milyon 758 min manata çatıb.
Bankın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 28% artaraq 83 milyon 830 min manata çatıb. Qeyri-faiz gəlirləri isə 18% artımla 41 milyon 170 min manata yüksəlib.
"Rabitəbank"ın məcmu kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə 10% artaraq 128 milyon 336 min manat olub.
1 Noyabr 2024
1 Noyabr 2024
1 Noyabr 2024
1 Noyabr 2024