11:34 - 15.10.2024
15 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % artaraq 2,5 milyard ABŞ dolları təşkil edib.
ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, o cümlədən son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 13,3 % artaraq 698,3 milyon ABŞ dolları olub.
Hesabat dövründə şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 83,3 %, pambıq lifi 70,9 %, bitki mənşəli yağlar və piylər 31,7 %, kimya sənayesi məhsulları 20,9 %, spirtli və spirtsiz içkilər 11,6 %, emal edilən meyvə-tərəvəz məhsulları 14,6 % artıb.
İl ərzində aqrar-sənaye məhsullarının ixrac dəyəri 60 % artaraq 233,4 milyon ABŞ dolları, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracının dəyəri 17,8 % artaraq 755,4 milyon ABŞ dolları olub.
1 Noyabr 2024
1 Noyabr 2024
30 Oktyabr 2024
30 Oktyabr 2024
30 Oktyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
31 Oktyabr 2024