Azərbaycanın xariclə ticarət balansında 4.68 milyard dollar qalıq yaranıb

12:18 - 15.10.2024


15 oktyabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 30 212.3 milyon ABŞ dolları təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 17 448.4 milyon dollarını və ya 57.8 faizini ölkədən ixrac olunmuş məhsulların, 12 763.9 milyon dollarını (42.2 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 4 684.5 milyon dollar məbləğində müsbət saldo yaranıb.

2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 2.3 faiz, real ifadədə 5.2 faiz, o cümlədən idxal 2.2 faiz, ixrac isə 7.0 faiz azalıb.