12:35 - 15.10.2024
15 oktyabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 42.7 milyard manatlıq, o cümlədən 23.5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 19.2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 5,7 faiz artıb.
2024-cü ilin yanvar-sentyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,6 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.
1 Noyabr 2024
1 Noyabr 2024
30 Oktyabr 2024
30 Oktyabr 2024
30 Oktyabr 2024
30 Oktyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
31 Oktyabr 2024