İlon Mask 100.000 Nvıdıa H200 sürətləndiricisini 19 gündə quraşdırıb – adətən 4 il çəkir

14:21 - 15.10.2024


15 oktyabr, Fineko/abc.az. İlon Maskın rəhbərlik etdiyi xAİ komandası 100.000 Nvıdıa H200 Blackwell hesablama sürətləndiricisinin quraşdırılmasını cəmi 19 gündə başa çatdırıb.

ABC.AZ xəbər verir ki, Nvıdıa rəhbərinin sözlərinə görə, adətən dörd il davam edən proses, binanın tikintisi və avadanlıqların quraşdırılması da daxil olmaqla rekord müddətdə tamamlandı. Bütün sürətləndiricilər xAİ superkompüterinin bir hissəsidir.

Proses təkcə sürətləndiricilərin quraşdırılmasını deyil, həm də prosessorların yerləşəcəyi böyük bir binanın inşasını, həmçinin GPU-ların işləməsini təmin etmək üçün müəssisənin maye soyutma və güc sistemləri ilə təchiz edilməsini ehtiva edirdi (ümumilikdə 200.000 olacaq). Bundan əlavə, Tesla və Nvıdıa mühəndis komandalarının avadanlıqları çatdırmaq, quraşdırmaq və konfiqurasiya etmək üçün koordinasiyalı işi tələb olunurdu.