14:22 - 15.10.2024
15 oktyabr, Fineko/abc.az. Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Şuşa şəhərinin xarici su təchizatı ilə bağlı iki tenderə yekun vurub.
ABC.AZ xəbər verir ki, hər iki tenderi “Protean Construction” ASC şirkəti udub.
Qalib şirkət ““Şuşa şəhərinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması” işlərinin satın alınması” tenderi üzrə nə az, nə çox 32 050 000 manat dəyərində sifariş əldə edib.
İkinci tender isə ““Şuşa rayonu, Turşsu qəsəbəsinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması” işlərinin satın alınması” ilə bağlıdır və dövlət qurumu ilə “Protean Construction” ASC arasında bu tender üzrə 1 176 000 manat dəyərində müqavilə bağlanıb.
8 Noyabr 2024
7 Noyabr 2024
7 Noyabr 2024
8 Noyabr 2024