Müavinət gec verildikdə vətəndaş hansı problemlə üzləşə bilər?

14:33 - 15.10.2024


15 oktyabr, Fineko/abc.az. Vətəndaşlar bir çox hallarda dövlət qurumları tərəfindən onlara verilən müavinətin vaxtında əllərinə çatmamasındam şikayət edirlər.

Bu kimi hallar, hətta ölümə görə ödənilər birdəfəlik müavinət üçün də keçərlidir. Müavinət gec verildikdə vətəndaş hansı problemlə üzləşir?

ABC.AZ xəbər verir ki, ekspertlər bəzi sosial müavinətlərin, yardımların həddən artıq bürokratik əngəllərlə vətəndaşa verildiyini bildirir.

"Bu süründürməçilikdən bezən bir çox vətəndaşlar pulu almaqdan imtina edirlər. Müavinət vermək üçün çox sayda sənəd istəyirlər. İndi də bu hal ən çox birdəfəlik verilən dəfn pulu üçün baş verir. Vətəndaşın dünyasını dəyişməsi rəsmi olaraq təsdiq edilsə də müavinət verilmir. Dünyasını dəyişən şəxsin ölüm kağızına baxaraq, bir gün ərzində pulu vermək mümkün ola bilər. Pul cənazə sahibinə elə həmin günlərdə lazımdır. İmkansız  şəxslər var ki, yas mərasiminin xərclərini ödəyə bilmir. Borc alacaq qədər yaxını da yoxdur. Məclisi yola vermək üçün insanlara maddi yardım lazımdır", - deyə ekspertlər vurğulayıb.