Təhsil xərcləri 12%-ə qədər artır

16:43 - 16.10.2024


16 oktyabr, Fineko/abc.az. Gələn il dövlət büdcəsində təhsil xərcləri 4 946 073 190 manat olacaq.

ABC.AZ xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Qeyd edək ki, 2024-cü ildə dövlət büdcəsində təhsil xərcləri 4 550 334 684 manat olub.

Beləliklə, təhsil 12 faizə qədər artır.