Hesablama Palatası AMEA ilə bağlı Baş Prokurorluğa müraciət etdi

17:10 - 18.10.2024


18 oktyabr, Fineko/abc.az. Hesablama Palatası AMEA-nın İşlər İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət edib.

ABC.AZ xəbər verir ki, nu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən Kollegiya iclasında bildirilib.

İclasda “Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi”nin nəticələri müzakirə olunub. Müzakirələrin nəticəsinə əsasən 2020-2021-ci illərdə dövlət vəsaitindən və əmlakından istifadədə aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsinə dair qərar qəbul olunub. (APA)