Bakıda yeni park salınacaq

16:07 - 21.10.2024


21 oktyabr, Fineko/abc.az. Azərbaycanda COP29 çərçivəsində COP29 Miras parkı salınacaq.

ABC.AZ xəbər verir ki, bunu COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf Heydər Əliyev Mərkəzində media nümayəndələri üçün “ESG Hesabatlarının Tərifi və Təhlili” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu məqsədlə 10 hektar ərazidə 10 min ədəd Pavlovniya ağacı əkiləcək.

COP parkının COP29-a qədərki müddətdə və stadion ərazisində salınması nəzərdə tutulmayıb. Bu park üçün xüsusi yer ayrılacaq və detallar barədə növbəti dövrdə ətraflı məlumat veriləcək.