16:40 - 21.10.2024
21 oktyabr, Fineko/abc.az. "Pro Lizinq Co" yol hərəkəti qaydaları əleyhinə olan (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsi) inzibati xəta üzə cərimələnə bilər.
ABC.AZ xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsinə görə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə fiziki şəxslər 60 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 2000 manat məbləğində cərimə edilir.
İş Bakı Şəhər Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun icraatındadır.
Məhkəmə baxış iclası 31 oktyabr 2024-cü ilin, saat 15:40-a təyin edilib.
13 Dekabr 2024
13 Dekabr 2024
13 Dekabr 2024
13 Dekabr 2024
13 Dekabr 2024
13 Dekabr 2024
11 Dekabr 2024
11 Dekabr 2024
12 Dekabr 2024