Azərbaycanda daşınmaz əmlakın icbari sığortası 42%-ə qədər azalıb

16:46 - 3.11.2017


Azərbaycanda daşınmaz əmlakın icbari sığortası xeyli azalıb.

İcbari Sığorta Bürosu xəbər verir ki, cari ilin oktyabr ayı ərzində daşınmaz əmlakın icbari sığortası üzrə 10 929 sığorta müqaviləsi bağlanmışdır.

“Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqlarının məbləği 2 207 063 manat təşkil etmişdir”, - məlumatda belə deyilir.

Keçən  ilin analoji dövrü ilə müqayisədə, daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayı 42% azalmış, sığorta haqlarının məbləği isə 25% artmışdır.

Məlumatda həmçinin qeyd edilir: “Oktyabr ayında həmçinin əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası  üzrə  352 müqavilə bağlanmış, bu müqavilələr üzrə sığorta haqlarının həcmi 20 790 manat təşkil etmişdir.  2 müqavilə isə sərnişinlərin icbari fərdi qəza sığortası üzrə bağlanmış, sığorta haqlarının həcmi 930 manat təşkil etmişdir”.