Azərbaycanın idxal etdiyi qoyunların qiyməti 31 manat bahalaşıb

10:32 - 22.10.2024


22 oktyabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrdən 10 milyon 719 min ABŞ dolları dəyərində 112 min 504 ədəd diri qoyun idxal edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-cüi il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 8 milyon 639 dollar və ya 44%, miqdar baxımından isə 138 min 575 ədəd və ya 2,2 dəfə azdır.

2023-ci ilin yanvar-avqust aylarında 19 milyon 412 min dollar dəyərində 251 min 79 ədəd qoyun gətirlib.

1 ədəd qoyunun orta ixal qiyməti 2024-cü ilin 8 ayına görə 95 dollar (162 manat) olub  ki, bu illik müqayisədə  18 dollar (31 manat) və ya 23% bahalaşma deməkdir.

Qeyd edək ki, ötən ilin eyni dövründə 1 ədəd qoyunun orta idxal qiyməti 77 dollar (131 manat) təşkil edib