11:59 - 24.10.2024
24 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr ayları üzrə Azərbaycanın sığorta bazarı 1 milyard 23 milyon 707 min manat təşkil edib.
ABC.AZ Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir ki, bülletenə əsasən ən çox yığım könüllü sığortalar üzrə olub.
Bu ilin 9 ayının nəticəsinə görə könüllü sığorta bazarı 765 milyon 429 min manat təşkil edib.
Ondan 495 milyon 226 min manatı həyat, 270 milyon 203 min manatı qeyri-həyat, 258 milyon 279 min manatı icbari sığortanın payına düşüb.
Könüllü həyat sığortasında ən yüksək yığımlar 462 milyon manat olmaqla həyatın yaşam sığortası üzrə, qeyri-həyat sığortasında 103 milyon 916 min manat olmaqla şəxsi sığortası üzrə və 96 milyon 98 min manat olmaqla tibbi sığorta üzrə yığılıb.
İcbari sığorta üzrə ən yüksək yığımlar 193 milyon 366 min manat olmaqla qeyri-həyat sığortasının, ondan 126 milyon 002 min manat olmaqla avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və 66 milyon 386 min manat olmaqla daşınmaz əmlakın icbari sığortasının payına düşüb.
2 Dekabr 2024
2 Dekabr 2024
2 Dekabr 2024
2 Dekabr 2024
2 Dekabr 2024
2 Dekabr 2024
2 Dekabr 2024
2 Dekabr 2024
2 Dekabr 2024
2 Dekabr 2024