Ən az maraq göstərilən işçilərin dələduzluqdan sığorta növüdür

12:17 - 24.10.2024


24 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, bu ilin yanvar-sentyabr ayları üzrə Azərbaycanın sığorta bazarı 1 milyard 23 milyon 707 min manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın yaydığı bülletendə qeyd edilib. Sözügedən bülletendən ən çox və ən az maraq göstərilən sığorta növləri də aydın görsənir.

Belə ki, ik 9 ayın nəticələrinə görə ən az maraq göstərilən sığorta növləri sərnişinlərin yük daşıyanın mülki məsuliyyətinin könüllü sığortasıdır (59 min manat).

Əhalinin ən az maraq göstərilən sığorta növlərindən ikincisi dəmiryol nəqliyyatı vasitələrinin sığortası (50 min manat), üçüncü pillədə isə işçilərin dələduzluğu sığortası (86 min manat) və digər icbari sığorta növləri (33 min manat) olub.

Müəllif: Elmir Murad