Bu sığorta növünün yığımları kəskin azalıb

12:28 - 24.10.2024


24 oktyabr, Fineko/abc.az. Azərbaycanda daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar azalıb, ödənişlər kəskin artıb.

ABC.AZ xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 844 min manat təşkil edib.  Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 66 min manat və ya 7% azdır.

2023-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 910 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 105 min manat təşkil edib ki, bu da illik müqayisədə 88 min manat və ya 6,5 dəfə çoxdur.

Keçən ilin eyni dövründə 16 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 12% təşkil edib. Ötən ilin müvafiq dövründə isə zərərlilik cəmi 2% idi.