Putin dolların silah kimi istifadə edilməsindən narahatdır

14:33 - 24.10.2024


24 oktyabr, Fineko/abc.az. Dollar silah kimi istifadə olunur və bunu edənlər böyük səhv edir.

ABC.AZ xəbər verir ki, bunu Vladimir Putin Kazanda keçirilən BRICS sammitinin geniş tərkibdə iclasında bildirib.

"Bu, valyutaya olan inamı sarsıdır, biz dollarla mübarizə aparmırıq, lakin ondan istifadə etməyə icazə verilməsə, alternativlər axtarmalıyıq”, - deyə Rusiya prezidenti vurğulayıb.

Müəllif: Elmir Murad