Tayland əcnəbilərdən turist vergisi yığacaq 

15:58 - 24.10.2024


24 oktyabr, Fineko/abc.az. Tayland hökuməti əcnəbilərə turist vergisi tətbiq edəcək.

ABC.AZ xəbər verir ki, verginin məbləği 9 dollar olacaq, 1,8 dollar sığorta haqqı daxil olacaq, sığortanın özü 30 gün ərzində qüvvədə minəcək. Ölüm halında sığorta hadisəsi baş verərsə, ödəmə məbləği 44 min dollar, xəsarət aldıqda isə 14,9 min dollar olacaqdır. 

Ödəniş ölkəyə gəldikdən sonra deyil, yalnız qabaqcadan veb sayt və ya tətbiq vasitəsi ilə ödəniləcək. Qanun layihəsi yanvar ayında qəbul ediləcək.