16:59 - 24.10.2024
24 oktyabr, Fineko/abc.az. "Toros" Firması siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta üzrə məhkəməyə verilib.
ABC.AZ xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000-5000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 -25000 manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun icraatındadır.
Məhkəmə baxış iclası 5 noyabr 2024-cü il saat 12:20-yə təyin edilib.
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024