Mərkəzi Bank 2 sığorta agentinin lisenziyasının qüvvəsini bərpa edib

17:24 - 25.10.2024


25 oktyabr, Fineko/abc.az. Mərkəzi Bankı 2 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini bərpa edib. 

ABC.AZ bu barədə tənzimləyici qurumun məlumatında bildirilir.

Məlumata görə, bununla bağlı qərar oktyabrın 22-də “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta vasitəçilərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.