Bu Avropa şəhəri tədricən yalnız varlı turistlər üçün əlçatan olur

10:34 - 28.10.2024


28 oktyabr, Fineko/abc.az. Venesiyaya giriş haqqı iki dəfə artırılacaq.

ABC.AZ xəbər verir ki, bu barədə şəhərin bələdiyyə rəsmiləri bildiriblər. Onların sözlərinə görə, gələn il şəhərə giriş üçün ekskursiya vergisi artırılacaq, turistlərin vergi ödəməli olduğu günlərin sayı da artırılacaq, gün ərzində gələn və əvvəlcədən qeydiyyatdan keçməyən turistlərin haqqı 10 avroya qədər artacaq. Onlar həmçinin əmin edirlər ki, vergi pik saatlarda, 8:30-dan 16:00-dək qüvvədə olacaq.

Lazımi sənədləri olmayan turistlər 50 - 300 avro məbləğində cərimələnəcəklər, qanunla icazə verilən maksimum giriş haqqı isə 10 avro olaraq təyin olunur.
Səlahiyyətlilər, proqramın məqsədinin sıx günlərdə izdihamı azaltmaq, daha uzun ziyarətləri təşviq etmək və sakinlərin həyat keyfiyyətini yaxşılaşdırmaq olduğunu vurğuladılar.