11:50 - 28.10.2024
28 oktyabr, Fineko/abc.az. “Meta”nın “Instagram”ın video keyfiyyətinə müdaxilə etdiyi məlum olub.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, əslində, bu bütün “Instagram” videoları üçün tətbiq etmir.
Belə ki, “Instagram” alqoritmi videonuzu dərc etdikdən sonra baxış dərəcələrinə baxır. Videonuz çox izlənirsə, bu videonun keyfiyyətində heç bir dəyişiklik olmur.
Lakin az baxılan və kifayət qədər reaksiya almayan “Instagram” videoları keyfiyyətini itirir. Bu, “Instagram”ın rəsmi siyasəti olmasa da, serverlərdən daha qənaətli istifadə etmək üçün zəruri təcrübədir.
“Instagram” və “Threads”in rəhbəri Adam Mosseri əslində keçən il bu siyasəti təsdiqlədi. Müvafiq olaraq, “Instagram” videoları baxılma dərəcələrindən asılı olaraq fərqli kodlanır. Bu kodlaşdırma nəticəsində bəzi videolar server ehtiyat nüsxəsi zamanı daha da sıxılır.
Müəllif: Elmir Murad
13 Dekabr 2024
13 Dekabr 2024
13 Dekabr 2024
13 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024