Azərbaycanda barama istehsalı kəskin azalıb

15:37 - 28.10.2024


28 oktyabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-sentyabr aylarında diri çəkidə 429,0 min ton ət, 1694,2 min ton süd, 1755,8 milyon ədəd yumurta, 14,8 min ton yun, 239,4 ton barama istehsal olunub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, 2023- cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə ət istehsalı 1,0 faiz, süd istehsalı 0,7 faiz, yumurta istehsalı 5,6 faiz artıb, yun istehsalı 1,9 faiz, barama istehsalı 32,9 faiz azalıb. 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,8 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 1,4 faiz, bitkiçilik məhsulları istehsalı 0,3 faiz artıb.

Eyni zamanda cari ilin oktyabr ayının 1-nə kimi qarğıdalı da daxil olmaqla tarlalardan 3134,0 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,1 faiz çox dənli və dənli paxlalı bitkilər, 1712,9 min ton (1,1 faiz çox) tərəvəz, 892,3 min ton (9,1 faiz az) kartof, 794,4 min ton (0,9 faiz çox) meyvə və giləmeyvə, 490,0 min ton (12,0 faiz çox) bostan məhsulları, 170,9 min ton (6,3 faiz az) üzüm, 86,1 min ton (80,6 faiz çox) şəkər çuğunduru, 29,9 min ton (12,4 faiz çox) günəbaxan, 19,7 min ton (38,1 faiz çox) pambıq, 4,1 min ton (43,1 faiz çox) tütün, 997,5 ton (3,7 faiz çox) yaşıl çay yarpağı yığılıb.