Tunisdə yeni turist vergisi əyata keçiriləcək

10:49 - 29.10.2024


29 oktyabr, Fineko/abc.az. Tunisdə yeni turist vergisi tətbiq ediləcək.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu noyabrın 1-dən həyata keçirtməyə başlayacaq.

Yeni vergi turistləri otelin ulduz reytinqindən asılı olaraq gündə 1 avrodan 3,5 avroya qədər əlavə ödəməyə məcbur edəcək.

Məsələn, ikiulduzlu otellərdə ödəniş adambaşına gündə 1,18 avro, üçulduzlu otellərdə 2,36 avro, dörd və beşulduzlu otellərdə isə gündə 3,54 avro olacaq. Vergi 12 yaşdan yuxarı mütəşəkkil turistlərə şamil ediləcək.

Yığılan vəsaitin turizm sənayesi üçün xidmət və malların maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır.