Avqustun 30-da gözlənilən hava haqqında məlumat

14:39 - 29.08.2018


29 avqust, Fineko/abc.az. Sabah, avqustun 30-da Bakıda və Abşeronda hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33,  Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 65-70%, gündüz 40-50% təşkil edəcək.

Avqustun 30-da Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Mülayim cənub-şərq küləyi əsəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraiti yağmursuz keçəcək. Səhər  bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək.

Gecə 18-23, gündüz  31-36, dağlarda gecə 12-17, gündüz  21-26 dərəcə isti olacaq.

 

Bütün xəbərlər