Sandu: investorlar mənə deyirlər ki, biz AB-yə daxil olanda onlar qayıdacaqlar

10:58 - 29.10.2024


29 oktyabr, Fineko/abc.az. "Hazırda ÜDM-ə xarici borc 2020-ci illə eyni səviyyədədir. Bunu etibarlı mənbələrdən yoxlaya bilərsiniz. Biz ölkəyə pul gətirə bildik, layihələrə başlamağı bacardıq və layihələr çoxdur. Vətəndaşlar bunu bilir."

ABC.AZ xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu deyib.

"Mən bir çox investorlarla danışmışam və istəyirdim ki, Moldova Respublikasına daha çox sərmayə gəlsin. Bilirsiniz, investorlar mənə nə deyirlər: sizin sərhəddə müharibə gedir, biz isə investisiyaların etibarlılığına diqqət yetirməliyik. Onlar mənə deyirlər: siz AB-də daxil olanda biz qayıdacağıq. Sizi çox sevirik, Moldova qeyri-adi bir ölkədir və Moldovaya gəlmək istəyirik, ancaq AB-də olduğunuz zaman investisiyalarımız təhlükəsiz olacaq", - deyə Maya Sandu bildirib.

O əlavə edib ki, investisiyalar sayəsində Moldovada daha çox iş yeri yaradılacaq, büdcə gəlirləri artacaq və vətəndaşların yaşayış şəraiti yaxşılaşacaq.