11:05 - 29.10.2024
29 oktyabr, Fineko/abc.az. ABŞ Maliyyə Nazirliyi öz saytında Çinin və bir sıra digər ölkələrin hərbi sektorunda istifadə edilə biləcək texnologiyalara Amerika investisiyalarını məhdudlaşdırmaq üçün hazırlanmış qaydalar dərc edib.
ABC.AZ xəbər verir ki, Ağ Evin qaydaların dərc edilməsi ilə bağlı verdiyi açıqlamada deyilir: “Narahatlıq yaradan ölkələr ABŞ investisiyalarından elə istifadə edirlər ki, bu, milli təhlükəsizliyimizin maraqlarını pozan həssas texnologiyaların və məhsulların inkişafını sürətləndirə bilər".
Ağ Ev qeyd edib ki,"Administrasiya Çin Xalq Respublikasının Silahlı Qüvvələrinin modernləşdirilməsi üçün vacib olan əsas texnologiyaların inkişafına mane olmaqla Amerikanın təhlükəsizliyini təmin etməyə çalışır".
Qaydalarda yarımkeçiricilər, mikroelektronika, kvant İnformasiya Texnologiyaları, süni intellektdən bəhs olunur, çünki bu texnologiyalar hərbi sahədə yeni məhsullar üçün əsas ola bilər.
13 Dekabr 2024
13 Dekabr 2024
13 Dekabr 2024
13 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024